Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya səfəri başlayır
2020-08-26 10:04
Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya səfəri başlayır. İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcəklər. İkitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, regional və beynəlxalq gündəliyin əsas aspektləri də müzakirə mövzusu olacaq. Səfər Rusiya Xarici İşlər naziri Sergey Lavrovun dəvəti ilə reallaşır.
Fərid Mehdiyev