Bu gün Xankəndi-Laçın yolundan 44 avtomobil keçib
Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası 66 gündür davam edir. Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı plakatlar qaldırır, şüarlar səsləndirirlər. Bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı da 44-ə çatıb.
Fərid Mehdiyev