Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi keçiriləcək
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək. Prokuror təqsirləndirilən şəxsə cəza tələb edəcək. Daha sonra vəkil müdafiə çıxışı edəcək. Vaqif Xaçatrayan isə məhkəmədə son söz deyəcək. Xaçatryan 29 iyulda Ermənistana keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Nərgiz Camalzadə