Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək. Saat 20.45-də Sürix Arsenalı, PSV Budö Qlimti qəbul edəcək. Dinamo Kİyev səfərdə Fənərbağçanın, Roma isə Lüdoqoretsin qonağı olacaq. Saat 23-də isə Mançester Yunayted - Real Sosyedadla, Latsio - Feyenoordla üz-üzə gələcək. G qrupunda mübarizə aparan Qarabağ Almaniyada Frayburqla qarşılaşacaq. Bu qrupun digər matçında Nant - Olimpiakosu qəbul edəcək. "Trabzonspor" isə Macarıstanda "Ferentsvaroş"la üz-üzə gələcək.