2021-04-15 12:01
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək. Niderlandda "Ayaks"a 2:1 hesabı ilə qalib gələn "Roma" rəqibini evdə qəbul edəcək. "Qranada" 2:0-ın revanşını almaq üçün İngiltərəyə "Mançester Yunayted" səfərinə yollanacaq. Xorvatiyada Zaqreb Dinamosunu 1:0 hesabı ilə məğlub edən "Vilyarreal" bu dəfə rəqibini İspaniyada sınağa çəkəcək. İngiltərənin "Arsenal" klubu isə "Slaviya" ilə üz-üzə gələcək. Londondakı qarşılaşmada qələbəni son saniyələrdə əldən verən "topçular" mərhələ biletini Çexiyada almağa çalışacaq. Bütün qarşılaşmalar yerli vaxtla saat 23-də start götürəcək.. Sonda qaynar xətt whatsapp nömrəmizi yenidən xatırlatmaq istiyirəm. 055-225-96-60, əgər sizdə şahidi olduğunuz hadisələrin və ya hər hansısa bir mövzunun işıqlandırılmasını istiyirsizə, qeyd etdiyim nömrə vasitəsi ilə bizə yaza bilərsiniz. Ölkədə və dünyada baş verən əsas xəbərləri kəpəz tv-nin efirində xəbərlərin 12.30-a olan buraxılışında da izləmək imkanınız var. Mən isə sizinlə saat 14-də yenidən eşidilmək ümidi ilə sağollaşıram. Salamat qalın
Nərgiz Camal