Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 3-cü turun görüşləri keçiriləcək
2020-11-05 11:08
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 3-cü turun görüşləri keçiriləcək. Azərbaycanın turnirdəki yeganə təmsilçisi Qarabağ Türkiyədə Sivassporun qonağı olacaq. 1-ci qrupunun digər matçında Vilyarreal İspaniyada İsrailin Makkabi komandasını qəbul edəcək. Arsenal Norveç Moldesini qəbul edəcək. Londonun digər təmsilçisi Tottenhem Bolqarıstanda Lüdoqoretsin qonağı olacaq. Napoli Xorvatiyanın Riyeka, Milan isə Fransanın Lill komandası ilə üz-üzə gələcək.
Nərgiz Camal