2020-09-29 09:01
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start veriləcək. İlk oyun günündə 3 matç keçiriləcək. "Qarabağ"ı III təsnifat mərhələsində mübarizədən kənarlaşdıran Norveç "Molde"si Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq. İlk matçda Budapeşt komandası səfərdə 3:3 hesablı heç-heçə etdiyindən, ev qarşılaşmasında üstünlüyə malikdir. Ukrayna "Dinamo"su Belçikada 2:1 hesabı ilə yendiyi Belçika "Gent"ini qəbul edəcək. Kiyevlilər də bu görüşdə üstün tərəfdirlər. Kipr "Omoniya"sının isə "Olimpiakos"dan Yunanıstandakı 0:2 hesablı məğlubiyyətin əvəzini evdə çıxa biləcəyi inandırıcı görünmür. Qalib komandalar Çempionlar Liqasının, məğlublar isə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqlar.
Fərid Mehdiyev