Bu gün Türk Ordusu Marşalı Mustafa Kamal Atatürkün ölümünün ildönümüdür
2020-11-10 11:09
Bu gün Türkiyə İstiqlaliyyət Müharibəsinin hərbi və siyasi lideri, Türkiyə Respublikasının qurucusu və 1923-cü ildən 1938-ci ilə qədər hakimiyyətdə olmuş ilk prezidenti, Türk Ordusu Marşalı Mustafa Kamal Atatürkün ölümünün ildönümüdür. Bununla bağlı Türkiyənin Gəncədəki baş konsulluğunda anım tədbiri keçirilib. Baş konsul Zəki Öztürk Mustafa Kamal Atatürkün tarixdəki böyük rolundan danışıb. Azərbaycanın böyük qələbəsinin sevincini bölüşüb.
Vüsalə Camal