Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək
2021-11-26 10:12
Bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımların və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlərin müzakirə ediləcəyi bildirilir.
Fərid Mehdiyev