Bu gün Sükut günüdür
2020-02-08 12:00
Azərbaycanda sabah keçiriləcək növbədənkənar parlament seçkilərində namizədlərin seçkiqabağı təşviqat kampaniyası aparması üçün ayrılan vaxt başa çatıb. Bu gün Azərbaycanda seçkiqabağı "sükut günü" elan olunub. Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Seçki günü ərzində ölkədə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək. Seçkilərin gedişini 883 beynəlxalq və 77 min 721 yerli müşahidəçi izləyəcək
Ruhəngiz Hacızadə