Canlı
Bu gün Rusiyada güləşçilərimiz xalça üzərinə çıxacaq

2018-10-12 / 12:34

Bu gün Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə Vladimir Semyonovun mükafatı uğrunda “Ugra Open” turniri start götürüb. Oktyabrın 14-dək davam edəcək ənənəvi yarışda yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında 6 çəkidə 7 güləşçi xalça üzərinə çıxacaq. Beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.

Fərid Mehdiyev