Bu gün riyaziyyat və xarici dil müəllimləri sertifikatlaşdırma imtahanı verəcəklər
Bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan riyaziyyat və xarici dil müəllimləri sertifikatlaşdırma imtahanı verəcəklər. İyunun 22-də və 24-də isə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri prosesdə iştirak edəcəklər. Bu il 30 mindən çox təhsilverən sertifikatlaşdırmaya cəlb olunacaq. Uğur qazanan müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edəcək.
Vüsalə Cənnətova