Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağstafada vətəndaşları qəbul edib
2021-03-11 16:12
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağstafada vətəndaşları qəbul edib. Görüşdə Ağstafa ilə yanaşı, Qazax və Tovuz rayon sakinlərinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib. Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi yerində həllini tapıb.
Vüsalə camal