Bu gün "Qarabağ"ın rəqibi müəyyənləşəcək
2020-09-24 10:09
Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. İkinci oyun günündə digər 34 qarşılaşma baş tutacaq. Azərbaycan təmsilçisi "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi də bəlli olacaq. Ağdam klubu “Legiya” - “Drita” cütünün qalibi ilə üz-üzə gələcək. Türkiyə təmsilçilərindən "Beşiktaş" Portuqaliyanın "Riu Ave", "Qalatasaray" isə Xorvatiyanın "Hayduk" komandasını qəbul edəcək. "Alanyaspor" Norveçdə "Rusenborq"un qonağı olacaq.
Fərid Mehdiyev