Canlı
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 8-ci tur start götürəcək

2018-03-13 / 12:05

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 8-ci tur start götürəcək. Voleybol Mərkəzində təşkil olunacaq görüşlərdə liderlər autsayderləri sınağa çəkəcəklər. Tur saat 15-də “Azərreyl” – “Lokomotiv” qarşılaşması ilə başlayacaq. Digər oyunda isə AVF – “Abşeron”la üz-üzə gələcək. Bu görüşün start fiti saat 17-də çalınacaq.

Ruhəngiz Hacızadə