Canlı
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2-ci dövrəyə start veriləcək

2018-02-09 / 12:03

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2-ci dövrəyə start veriləcək. 4-cü turun hər 2 görüşü eyni gündə baş tutacaq. Dövrə saat 15-də AVF – “Azərreyl” görüşü ilə başlayacaq. Voleybol Mərkəzində təşkil olunacaq tura “Abşeron” – “Lokomotiv” oyunu ilə yekun vurulacaq. Bu oyunun start fiti isə saat 17-də çalınacaq.

Ruhəngiz Hacızadə