Bu gün Novruzun ilk - Su çərşənbəsidir

Bu gün Azərbaycanda Su çərşənbəsi qeyd olunur.Su çərşənbəsi Novruz bayramına hazırlıqların başlanğıcı hesab edilir. Xalq inanclarına görə, bu gün suyun dirilməsi və təbiətin oyanışı ilə əlaqələndirilir. İnsanlar süfrəyə su qoyur, həyətlərdə tonqallar qalayır, yeni ilin saf və bərəkətli keçməsini arzulayırlar.Həmçinin Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbələri ilə bağlı əhaliyə müraciət edib.Nazirlik bayram tonqallarının evlərdən, avtomobillərdən, elektrik xətlərindən və digər yanar əşyalardan uzaqda yandırılmasını tövsiyə edir. Azyaşlılar tonqal ətrafında böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı davranılmalı və o, tam sönənədək nəzarətdə saxlanılmalıdır. Süfrələrdə yandırılan şamlar da nəzarətsiz buraxılmamalıdır. Qurum küləkli havada tonqal qalamağın xüsusilə təhlükəli olduğunu bildirir və pirotexniki vasitələrdən istifadənin qadağan edildiyini xatırladır. Qeyd edək ki, Od çərşənbəsi martın 3-də, Yel martın 10-da, Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq. Yaz fəsli martın 20-si Azərbaycana daxil olacaq.

24 fevral 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik