Bu gün Niderlandda futzal üzrə Avropa çempionatına start veriləcək
2021-01-19 12:00
Bu gün Niderlandda futzal üzrə Avropa çempionatına start veriləcək. Azərbaycan yığmasının da qatıldığı yarışda ilk dəfə 16 komanda iştirak edəcək. A qrupunun açılış matçında Serbiya və Portuqaliya seçmələri Bakı vaxtı ilə saat 20:30-da üz-üzə gələcək. Günün digər görüşündə isə meydan sahibləri saat 23:30-da Ukraynanı sınağa çəkəcək. Azərbaycan millisi D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda ilk matçını yanvarın 22-də Gürcüstana qarşı keçirəcək.
Nərgiz camal