Bu gün növbəti qəbul imtahanları keçirilir
2020-08-20 10:00
Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirir. İmtahanlarda 20100 abituriyentin iştirakı nəzərdə tutulur. Bu gün həmçinin Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. Prosesdə 2282 namizədin iştirakı gözlənilir.
Vəfa Şairova