Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
2020-06-19 10:04
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar binaya buraxılmır. İmtahanlarda 19 455 nəfərin iştirakı nəzərdə tutulur.
Fərid Mehdiyev