Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
2020-06-11 10:03
Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün də ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək. Bugünkü imtahanlarda 17021 nəfər olmaqla, ümumilikdə 42618 abituriyentin iştirakı nəzərdə tutulur. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün istifadə etməlidirlər.
Fərid Mehdiyev