Bu gün musiqi və fiziki tərbiyə fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir
2020-08-21 10:07
Bu gün musiqi və fiziki tərbiyə fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. Prosesdə 2997 namizədin iştirakı nəzərdə tutulub. Test imtahanları Gəncə də daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Bu gün həmçinin Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirir.
Fərid Mehdiyev