Canlı
Bu gün Milli Məclisdə 19 məsələ müzakirəyə çıxarılacaq

2018-02-13 / 10:01

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasda öncə "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilməsi məsələsinə baxılacaq. Bir sıra sənədlərin təsdiqlənməsi, bəzi qanunlara dəyişiklik edilməsi də gözlənilir. Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.

Vəfa Şairova