Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 yaşı tamam olur
2021-12-24 10:00
Bu gün Prezident İlham Əliyevin doğum günüdür. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. İlk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. 2008, 2013, 2018-ci il seçkilərində də xalqımız İlham Əliyevə etimad göstərib. Regionun lideri olan Azərbaycan bu gün dünyanın ən güclü dövlətləri sırasında öz layiqli yerini tutur. İlham Əliyevin ali baş komandanlığını etdiyi qüdrətli Azərbaycan Ordusu vətən torpaqlarını düşməndən azad etdi. Prezident İlham Əliyevin daxili və xarici siyasəti Azərbaycanı daha da yüksək zirvələrə qaldıracaq!
Vüsalə camal