Bu gün Laçın rayonunun erməni işğalından azad edilməsindən 1 il ötür
2021-12-01 12:06
Bu gün Laçın rayonunun erməni işğalından azad edilməsindən 1 il ötür. Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla da 28 il işğal altında olan Laçın rayonu qəsbkarlardan azad edilib. Bu il fevralın 14-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Laçın rayonunda olublar. Dövlət başçısı rayonun Güləbird kəndində Azərbaycan bayrağını ucaldıb.
Vüsalə camal