Bu gün Konstantin Abramenkonun 100 illik yubileyidir
Bu gün ölkəmizdə uşaq futbolunun inkişafında müstəsna xidmətləri olan Konstantin Abramenkonun anadan olmasından 100 il ötür. Əməkdar məşqçi, əməkdar bədən tərbiyəsi və idman işçisi 82 yaşına kimi Gəncədə özünün qurub-yaratdığı “Lokomotiv” meydançasında neçə-neçə gənc nəslin futbolçu kimi yetişməsində böyük əmək sərf edib. Abramenkonun 100 illik yubileyi ilə bağlı "Kəpəz" klubunun məşqçləri və futbolçu heyəti dahi məşqçinin məzarını ziyarət edib.
Nərgiz Camalzadə