Bu gün "Kəpəz"lə "Səbail" üz-üzə gələcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçiriləcək. "Kəpəz"lə "Səbail" üz-üzə gələcək. Qəbələ şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15:00-da başlayacaq. Matçı Nicat İsmayıllı idarə edəcək. Paytaxt təmsilçisi 28 xalla 5-ci, Gəncə klubu 20 xalla 9-cu pilədə qərarlaşıb.
Vüsalə Cənnətova