Bu gün "Kəpəz" "Keşlə" ilə üz-üzə gələcək
2020-02-02 12:10
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək. Əvvəlcə "Keşlə" və I Divizion təmsilçisi "Kəpəz" üz-üzə gələcək. Paytaxt komandası mübarizəyə birbaşa qoşulubsa, Gəncə klubu əvvəlki mərhələdə "Sabah"ı mübarizədən kənarlaşdırıb - 2:1. Günün son oyununda "Neftçi" "Bakcell Arena"da "Zirə"ni qəbul edəcək. Cavab görüşləri fevralın 7-də keçiriləcək.
Nərgiz camal