Bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 103 ili tamam olur.O, 1923-cü il aprelin 28-də Naxçıvanın Şərur rayonunda dünyaya gəlib.Oftalmologiya sahəsində apardığı mühüm elmi tədqiqatlarla Azərbaycan tibb elminə böyük töhfələr verib.Alimin göz xəstəlikləri, xüsusilə traxomanın müalicəsi, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi və profilaktikası istiqamətində araşdırmaları yüksək qiymətləndirilib. Onun təşəbbüsü ilə Azərbaycanda oftalmologiya üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılıb.Zərifə Əliyeva həm də yüzlərlə gənc həkim və alimin yetişməsində mühüm rol oynayıb. Akademik Zərifə Əliyeva 1985-ci ildə Moskva şəhərində vəfat edib.
28 aprel 2026

