Bu gün futzal üzrə Dünya Çempionatı 2020-nin elit-raundunun püşkü atılacaq

2019-11-07 14:00

Bu gün futzal üzrə Dünya Çempionatı 2020-nin elit-raundunun püşkü atılacaq. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Bakı vaxtı ilə saat 17:15-də başlayacaq tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olacaq. Joze Alesio Da Silvanın baş məşqçi olduğu yığma öz qrupunun ikinci komandası olacaq. Bu o deməkdir ki, milli İtaliya, Sloveniya və Serbiya ilə eyni qrupa düşməyəcək. Qrup birinciləri isə İspaniya, Rusiya, Portuqaliya və Qazaxıstandı.

Ruhəngiz Hacızadə