Bu gün futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək
2020-01-21 12:06
Bu gün futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək. Dünya Çempionatı 2020-nin elit-raunduna hazırlaşan yığmamız Özbəkistanla qarşılaşacaq. Görüş Bakı İdman Sarayında baş tutacaq. Azərbaycanlı hakimlərin idarə edəcəyi oyun saat 20-də başlayacaq. Bu komandalar arasında ikinci yoxlama görüşü sabah baş tutacaq.
Vəfa Şairova