Bu gün futbol üzrə DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin 3-cü turuna start veriləcək
2021-03-30 10:01
Bu gün futbol üzrə DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin 3-cü turuna start veriləcək. Azerbaycan millisi Bakı olimpiya stadionunda Serbiya seçməsini qəbul edəcək. Canni de Byazinin yetirmələri ilk turda İtaliyada Turin şəhərinfdə Portuqaliya millisinə 0:1 məğlub olub. 2-ci tur istirahət edən millimiz Qətər yığması ilə yoldaşlıq oyununda gücünü sınayıb və burda da məğlubiyyətlə üzləşib - 1:2. Azərbaycan - Serbiya matçının start fiti bu gün Bakı vaxtı ilə saat 20-də səslənəcəy. E qrupunda Çexiya Uelslə, Belarus isə Belçika ilə qarşılaşacaq. G qrupunda maksimum nəticə göstərən Türkiyə millisi Latviyanı sınağa çəkəcək. Niderland Cəbəllütariqın, Norveç isə Monteneqronun qonağı olacaq.
Vüsalə Camal