Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək
2020-02-13 10:01
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək. Günün ilk matçı Sumqayıtda gerçəkləşəcək. Şəhərin eyniadlı komandası kubokda mübarizədən kənarlaşdırdığı "Səbail"i qəbul edəcək. Günün digər qarşılaşmasında Azərbaycan derbisi baş tutacaq. Son ölkə çempionu "Qarabağ" ən yaxın izləyicisi olan "Neftçi"ni qəbul edəcək. Ağdam klubu 29 xalla liderdir, flaqman isə rəqibindən 2 xal geri qalır.
Nərgiz camal