Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turun son iki oyunu keçiriləcək
2020-02-08 16:06
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turun son iki oyunu keçiriləcək. Qarşılaşmalar Sumqayıtda və Bakıda təşkil olunacaq. Əvvəlcə saat 17:30-da gənclik şəhərində yerli komanda "Zirə"ni qəbul edəcək. Turun son görüşündə isə "Qarabağ"la "Neftçi" üz-üzə gələcək. Həftənin mərkəzi oyunu saat 20-də başlayacaq.
Vüsalə Camal