Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura start veriləcək
2020-02-07 12:07
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura start veriləcək. İlk oyun günündə iki qarşılaşma reallaşacaq. Açılış görüşündə "Sabah" evdə "Qəbələ"ni qəbul edəcək. Oyun saat 19-da başlayacaq. Günün digər matçında "Keşlə" doğma meydanda “Səbail"i sınağa çəkəcək. Bu qarşılaşmanın start fiti isə saat 21-də çalınacaq.
Vəfa Şairova