Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti 3 oyunu keçiriləcək
2021-06-18 16:09
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti 3 oyunu keçiriləcək. İlk görüş E qrupunda İsveç və Slovakiya yığmaları arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17-də başlayacaq. D qrupunda ilk matçını uduzan Xorvatiya seçməsi Çexiya yığması ilə qarşılaşacaq. Günün son matçı da bu qrupda baş tutacaq. Belə ki, İngiltərə millisi "Uembli" stadionunda Şotlandiyanı sınağa çəkəcək. Qarşılaşmanın start fiti yerli vaxtla ilə saat 23-də səslənəcək.
Fərid Mehdiyev