Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının püşkü atılacaq

2019-11-30 12:06

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının püşkü atılacaq. Buxarestdə təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Püşkatma nəticəsində paytaxtımıza gələcək milli komandaların da adları bəlli olacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Olimpiya Stadionunda baş tutacaq.

Ruhəngiz Hacızadə