2021-06-04 12:06
Bu gün doğma Kəpəz TV-nin 28 yaşlı tamam olur. Gəncədə fəaliyyət göstərən "Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ildə yaradılıb. 2008-ci il iyunun 4-dən televiziya yeni inkişaf dövrünə qədəm qoyub. Təşkilati-hüquqi forması dəyişdirilən Kəpəz TV-yə yeni kadrların cəlbinə, yeni verilişlərin hazırlanmasına başlanılıb. 2009-cu ilin 4 iyunundan etibarən telekanalın www.kepeztv.az saytı istifadəyə verilib. Kəpəz televiziyası üçün yeni bina inşa edilib və 2012-ci ildən istifadəyə verilib. TV ən müasir avadanlıqlarla təchiz edilib, “Cinegy” texnologiyası əsasında Azərbaycanda ən böyük avtomatlaşdırılmış yayım sisteminə malik telekanallar sırasına daxil olub. Daha bir yenilik isə Kəpəz FM-in istifadəyə verilməsi olub. 2013-cü ilin fevralından yayımına başlayan regionun ilk radiosu bu gün kifayət qədər dinləyici auditoriyası toplamağı bacarıb. Eyni zamanda radionun www.kepezfm.az saytı da dinləyicilərin ixtiyarındadır.
Nərgiz camal