2021-06-04 10:10
Bu gün doğma Kəpəz TV-nin 28 yaşlı tamam olur. Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ildə yaradılıb. 2008-ci ilin iyunun 4-dən televiziya yeni inkişaf dövrünə qədəm qoyub. Təşkilati-hüquqi forması dəyişdirilən Kəpəz TV-yə yeni kadrlar cəlb olunmasına, yeni verilişlərin hazırlanmasına başlanılıb. 2009-cu ilin 4 iyun tarixindən etibarən telekanalın www.kepeztv.az saytı istifadəyə verilib. Dəyişikliklərin davamı olaraq Kəpəz televiziyası üçün yeni bina inşa edilib və 2012-ci ildən istifadəyə verilib. TV ən müasir avadanlıqlarla təchiz edilib, “Cinegy” texnologiyası əsasında Azərbaycanda ən böyük avtomatlaşdırılmış yayım sisteminə malik telekanallar sırasına daxil olub. Kəpəz MTRŞ MMC-də daha bir yenilik isə 93.3 MHz tezliyində Kəpəz FM-in istifadəyə verilməsi olub. 2013-cü ilin fevral ayından yayımına başlayan regionun ilk radiosu bu gün kifayət qədər dinləyici auditoriyası toplamağı bacarıb. Eyni zamanda radionun www.kepezfm.az saytı da dinləyicilərin ixtiyarına verilib.
Fərid Mehdiyev