Bu gün DÇ-də 1/4 final mərhələsinə yekun vurulacaq
DÇ 2022-də bu gün 1/4 final mərhələsinə yekun vurulacaq. İkinci oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçında Portuqaliya millisi turnirin sürpriz komandası Mərakeşi sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 19-da başlayacaq. Digər oyunda isə saat 23-də İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər.