Bu gün Belarus kubokunda finalçıların adları bilinəcək
2020-04-29 16:07
Bu gün futbol üzrə Belarus kubokunda finalçılar müəyyənləşəcək. Eyni gündə iki oyunun baş tutacağı yarımfinal mərhələsində “Şaxtyor” - "Dinamo" və BATE-“Slavia” görüşləri keçiriləcək. Xatırladaq ki, Belarusda koronavirusa baxmayaraq çempionat dayanmayıb.
Vüsalə Camal