Bu gün Bakıda batut gimnastikası üzrə dünya çempionatı start götürəcək
2021-11-18 10:08
Bu gün Bakıda batut gimnastikası üzrə dünya çempionatı start götürəcək. Ölkəmizdə bu növ üzrə daha əvvəl Avropa çempionatı və çoxsaylı dünya kubokları keçirilsə də, paytaxtımız dünya ulduzlarını ilk dəfə belə bir irimiqyaslı yarışda Milli Gimnastika Arenasına toplayacaq. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək.
Fərid Mehdiyev