Bu gün Bakıda şahmat üzrə Dünya Kubokunun ilk mərhələsinə start verilir

Mükafat fondu 1,6 milyon dollar olan yarışda Azərbaycan 6 şahmatçı ilə təmsil olunur. Ölkəmizin şərəfini Teymur Rəcəbov, Qədir Hüseynov, Eltac Səfərli, Rauf Məmmədov, Vasif Durarbəyli və Şəhriyar Məmmədyarov qoruyurlar. Oktyabrın 4-dək davam edəcək yarışda 45 ölkədən 128 idmançı şahmat tacına iddiaçını müəyyənləşdirəcək.

Orxan Cəfərov