Bu gün baş tutacaq 4 oyunla UEFA millətlər liqasında ikinci tura yekun vurulacaq
2021-06-08 12:13
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II tura 4 qarşılaşma ilə yekun vurulacaq. Niderland yığması Uelsin qonağı olacaq, Belçika isə Polşanı qəbul edəcək. İlk turdan sonra Polşa və Niderland 3 xala malikdir. Ermənistan Şotlandiya ilə, Ukrayna isə İrlandiya ilə üz-üzə gələcək. Bütün qarşılaşmaların start fiti saat 22.45-də səslənəcək.
Vüsalə camal