Canlı
Bu gün Azərbaycanda Yel çərşənbəsidir

2018-03-13 / 08:48

İlin axır çərşənbələrindən üçüncüsü olan Yel çərşənbəsi xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi də tanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Hesab edilir ki, əgər torpaq və su insan yaradılışının maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Qədim inanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Bu il ölkəyə yazın gəlişi martın 20-də saat 20:16-da baş verəcək.

Vəfa Şairova