Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur
2021-03-02 10:07
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. İlaxır çərşənbələrdən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi də tanınır. Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar. Növbəti - Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq. Od çərşənbəniz mübarək!
Nərgiz camal