Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
2021-06-15 10:00
Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 29 il əvvəl ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas etdi. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.
Fərid Mehdiyev