Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.Dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.Statistik məlumatlara əsasən, Azərbaycanda 2026-cı il yanvarın 1-nə dövlət qulluqçularının sayı 27 min 300 nəfər təşkil edib. Onların 31,4 faizi qadınlardır.Ölkəmizin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, peşəkar, şəffaf və vətəndaşyönümlü dövlət idarəçiliyinin təmin olunmasında dövlət qulluqçularının rolu əvəzsizdir.
23 iyun 2026

