Bu gün Azərbaycanda Bilik Günüdür
Bu gün Azərbaycanda Bilik Günüdür. Zəngilanın Ağalı kənd məktəbində də 29 ildən sonra ilk zəng çalınıb. Ermənistan ordusu tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən xeyli sayda hərbçimizin şəhid olması ilə əlaqədar Elm və Təhsil Nazirliyi Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirləri ləğv edib. Ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.