Noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya, radio işçilərinin peşə bayramı kimi qeyd edilir.1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun əsası qoyulub.Bundan sonra ölkənin mətbuat tarixində yeni mərhələ başlayıb.Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunub. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkar Nəcibə Məlikova görünüb və o, çıxışına "Göstərir Bakı" sözləri ilə başlayıb. Həmin gün televiziyada "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.Azərbaycan teleradiosu milli-mənəvi dəyərlərin təbliğində, ictimai fikrin formalaşmasında və cəmiyyətin məlumatlandırılmasında mühüm rol oynayır.Hazırda televiziya və radio sahəsi ölkədə dinamik şəkildə inkişaf edir, rəqəmsal yayım və yeni media texnologiyalarının tətbiqi genişlənir.Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə media nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Kəpəz Müstəqil Teleradio Şirkətinin Baş direktoru Fuad Cabarov və Gəncədə uzun illərdir müxtəlif televiziyalarda operator fəaliyyəti ilə məşğul olan Fərrux Qafarov “Tərəqqi”, Gəncənin tanınmış jurnalisti Əhməd Qədiroğlu isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüblər.
06 noyabr 2026

